Bu saytın hazırlanma məqsədi Allahın dinini insanlar arasında yaymaq və İslam əxlaqını dünya üzərində hakim etmək istəyən insanlara yol göstərməkdir. Çünki, hər insan böyük ya da kiçik, az ya da çox müxtəlif imkanlara malikdir. Biri maddi imkanlara sahibkən, bir başqası maddi imkana sahib olmasa da, məlumat təcrübəsini İslama xidmət yolunda istifadə edə bilər.
Allahın bütün insanlara rəhmət olaraq göndərdiyi Peyğəmbər Əfəndimizin, digər müqəddəs peyğəmbərlərin, səhabələrin və tarix boyunca yaşamış saleh Müsəlmanların həyatları bu mövzudakı nümunələrlə doludur. İman edənlər, Allahın məmnun olacağı ümid etdikləri gözəl əxlaqı insanlara təbliğ (izah)etmək üçün imkanlarını səfərbər etmişlər.
Peyğəmbərimiz (səv) böyük bir qərarlılıqla Allahın dinini təbliğ etmiş və insanları Quran əxlaqını izah edərək öyrətmişdir. Onun bu əzminin, müvəffəqiyyətinin və cəsarətinin təməlində Allaha olan güclü imanı, təvəkkülü və təslim olmağıdır. Peyğəmbərimiz (səv), hər vəziyyətdə Allahın özü ilə birlikdə olduğunu bilmiş, hər hadisəsni Allahın yaratdığına və Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkli ilə nəticələndirəcəyinə iman etmişdir (inanmışdır). Peyğəmbərimiz (səv)-ın bu hədisi şərifi onun hər şeydə xeyr görən təvəkkülünə bir nümunədir:
"Mömin adamın vəziyyəti nə qədər çaşdırıcıdır. Çünki, hər işi onun üçün bir xeyrdir. Bu vəziyyət, yalnız möminə xasdır, başqasına deyil: Ona məmnun olacağı bir şey gəlsə şükr edər, bu isə xeyrdir; bir zərər gəlsə səbr edər, bu da xeyrdir."
Bir insanın imkanlarının məhdud olması səbəbiylə ümidsizliyə (kədərə) düşməsi böyük bir yalnışlıqdır. Əhəmiyyətli olan adamın ixlasla, səmimiyyətlə, qarşılığı yalnız Allahdan ümid edərək, xidmət göstərməsidir. Edilən işin böyük ya da kiçik, verilən sədəqənin az ya da çox olması əhəmiyyətli deyil. Əhəmiyyətli olan səmimiyyətdir, yalnız Allah üçün səy göstərməkdir.
Məsələn, bir insan maddi olaraq heç bir imkana sahib olmaya bilər. Xəstəlikləri səbəbiylə yatağından qalxa bilməyə bilər. Ya da gözləri görmür, qulaqları eşitmir, iflic keçirdiyi üçün əlləri tutmaya bilər. Gedə bilmir, danışa bilmir ya da yaza bilməyə bilər.
Amma bu adam da içində olduğu vəziyyəti Allahdan bir nemət, bir xeyr olaraq görməli və sahib olduğu imkanları yaxşı istifadə etməlidir. Yatağında qaldığı müddət boyunca Allah yolunda fikri mübarizə icra edən insanlar üçün dua edərək, Allaha imanda dərinləşmək üçün təfəkkür edərək, yaxınlarındakı insanlara Allahın ayələrini xatırladaraq, fikirlər çıxararaq, əgər edə bilirsə kitab oxuyaraq, yazı yazaraq da İslam dininin yayılmasında çox böyük faydası toxuna biləcəyini heç ağılından çıxarmamalıdır.
İnsanın yaxşı ya da pis, müsbət ya da mənfi kimi görünən bütün hadisələri hər nə olursa olsun mütləq xeyirə yozması , Allaha olan səmimi imandan qaynaqlanan əhəmiyyətli bir əxlaq xüsusiyyəti və yenə imanın gətirdiyi bir həyat şəklidir. Və bu gerçəyin dərindən anlamaq da insana dünyada və axirətdə bütün nemətlərin qapısını açan, adamın həyatına hüzur və sağlamlıq gətirən əhəmiyyətli bir mövzudur.
Gün ərzində möminin heç bir şeyə kədərlənib pessimist olmaması, imanı doğru anladığının bir göstəricisidir. Qarşılaşılan hadisələri xeyr gözüylə qiymətləndirməmək, daim narahat və ümidsiz bir ruh halı içində yaşamaq, hər şeydə əksiklik (çatışmamazlıq) görmək (yəni, daim nədənsə narazı) olmaq və kədərlənmək isə, tərtəmiz, açıq bir iman zəyifliyinin lamətləridir. Bu zəyiflilik dərhal ortadan qaldırılmalı, arası kəsilməz iman sevinci, sabit həyat xüsusiyyəti halına gətirilməlidir. Allaha iman edən bir insan tərslik və ya səhv kimi görünən bir hadisə ilə qarşılaşdığında, əslində, bunun özü üçün mütləq ən xeyirlisi olduğunu bilməlidir. "Çatışmazlıq", "tərslik", "kaş ki" kimi sözləri isə ancaq dərs almaq, ibrət çıxarmaq məqsədiylə istifadə edilməlidir. Yəni, "bu hadisə hikmətli və xeyirli, lakin gələn səfər də eyni səhvi etməyim, bu an öyrəndiyim şəkildə doğrusunu edim" şəklində bir dünyagörüşü içində olmalıdır. Təkrar eyni çətinliklə qarşılaşsa və ya eyni səhvə yol versə, yenə hər şeyin xeyr və hikmətlə yaradıldığını ağılından əsla çıxarmamalı və "artıq gələn səfər doğrusunu edim" deyə niyyət etməlidir. Hətta eyni hadisə dəfələrlə də təkrarlansa, yenə də Müsəlman üçün bu vəziyyətin də bir xeyr olduğunu bilməlidir; çünki, bu, Allahın qanunudur və Allahın qanunu əsla pozulmaz.
Bir insanın nəfsinin təmiz, normal hala gəlməsi isə Allahdan gələn xeyr və hikmətin kəsilməz davam etdiyini bilməsi ilə olar. Bu həqiqəti qavramaq dünyada mömin üçün böyük bir nemətdir. Din əxlaqından uzaq, inkar içindəki insan, daim əzab içindədir; hər hadisəni öz əleyhində şərh edər. Və buna görə də davamlı çətinlik içindədir. Mömin isə hadisələrin hikmət və xeyr tərəflərinii görə bilmənin sevincini yaşar.
Məhz buna görə, orta səviyyədə rəftar etmək, qarşılaşdığı hadisələri həm xeyirə həm şərə yozaraq əzab içində qalmaq, iman edən bir insana axirətdə böyük utanc verə bilər. Bu qədər açıq və asan olan bir həqiqəti tənbəllik və qəflətlə anlamazlıqdan gəlmək, vicdana və ağla tam qəbul etdirməmək axirətdə və dünyada əzab içində yaşamağa səbəb ola bilər. Bilinməlidir ki, Allahın hazırladığı taleh (alın yazısı) tam olaraq qüsursuz yaradılmışdır. Milyonlarla hadisədən ibarət olan bu talehdə (qismətimizdə), xeyr gözüylə baxan insan üçün yalnız gözəlliklər, xeyrlər və hikmətlər vardır. İmanlı bir mömin iradə və ağıl ilə gün ərzində heç bir hadisədə şeytanın tələsinə düşməz. Hadisənin forması , insanları, günü, yeri nə olursa olsun xeyir olduğunu əsla unutmaz. Özü o an bu xeyiri görməyə bilər, amma əhəmiyyətli olan hər şeyin xeyirlə yaradıldığına qəti olaraq inanmaqdır.
İslam dininə xidmət etmək istəyən insanlar da, maddi və mənəvi əskikliklərlə, çətinlik və çatışmamazlıqlarla qarşılaşa bilərlər. Lakin, bütün bu əskiklikləri və çətinlikləri yaradan da aləmlərin Rəbbi olan Allahdır və insan bu şərtlər altında necə bir əxlaq göstərəcəyi ilə sınaağa çəkilir. Əhəmiyyətli olan, yazı boyunca da vurğuladığımız kimi, hər şeyin xeyr tərəfini görmək və əldəki bütün imkanlarla Allahın dininin yayılması üçün səy göstərməkdir.
Aşağıda imkanlarının məhdud olduğunu, zaman tapa bilmədiklərini, fiziki cəhətdən çatışmamazlıq səbəbiylə xidmət edə bilmədiklərini düşünən insanlara bəzi yollar göstərilir, tövsiyələr edilir:
Vaxtım yoxdur deyə düşünürsünüzsə;
- Televiziya qarşısında keçirdiyiniz boş saatlardan vaxt qənaəti edə bilər, bu vaxtları ətrafınızdakılara Quran əxlaqını izah (təbliğ) etmək üçün istifadə edə bilərsiniz.
- Sizə fayda verməyəcək seriallardan, maqazin proqramlarından uzaq dura bilər, bu vaxtları İslam əxlaqını izah edən əsərləri oxumaq, saytları araşdırmaq üçün xərcləyə bilərsiniz.
- Boş və gərəksiz söhbətlərdən özünüzü uzaq tutaraq vaxt qazana bilərsiniz.
- Oxuyana fayda verməyəcək məzmunlu jurnal və qəzetlərdən uzaqlaşa bilərsiniz.
- Sizə fayda verməyəcək jurnalları, qəzetləri almayıb, bunların yerinə Lupa kimi hər səhifəsində çox dərin məlumatlar toplanan jurnallardan ala bilərsiniz. Daha sonra bu jurnalları yoldaşlarınız arasında dolaşdıraraq, ətrafınızdakı kəslərə də fayda verə bilərsiniz.
- Oxuduğunuz qəzetlərdəki, jurnallardakı maraqlı xəbərləri yığıb, kitablarda istifadə edərək yayımlanan yerlərə göndərə bilərsiniz.
- Əgər maddi imkanınız yoxsa yoldaşlarınızla birləşib bir kitab al, birlikdə oxuya bilərsiniz. Daha sonra bu kitabları yoldaşlarınız arasında dolaşdıra bilərsiniz.
- Əgər maddi imkanınız yoxsa, məhəllənizdə oturan dostlarınızla danışıb, bir adamın evində bir kitabxana meydana gətirə bilərsiniz. Aldığınız kitabları bu kitabxanaya qoyub bir çox adamın istifadə etməsini təmin edə bilərsiniz.
- Köhnə musiqi kasetlərini yığıb, bunların üzərinə Harun Yəhya səs kasetlərini yaza bilər, bu kasetləri yaxınlarınıza, yoldaşlarınıza dinləmələri üçün verə bilərsiniz.
- Əgər DVD alıb, kitabları çoxaltmaq sizin büdcənizə uyğun deyilsə, 10 dənə disk satın ala bilərsiniz. İslam əxlaqını izah edən internet saytlarından müxtəlif kitab və məqalələri yazıb, yoldaşlarınıza hədiyyə edə bilərsiniz. Onları da, disketləri istifadə etdikdən sonra başqalarına vermələri üçün təşviq edə bilərsiniz.