İslama xidmət etməyin, İslam əxlaqını insanlar arasında yaymanın niyə bu qədər təcili olduğunu anlaya bilmək üçün dünyadakı Müsəlmanlar üzərində bir neçə dəqiqə düşünmək kifayətdir. 


İndiki dövrdə bütün dünya insanlarının və dünyanın dörd bir tərəfində yaşayan Müsəlmanların vəziyyətinə baxdığımızda, möminlərin bu əxlaqi güclərinin çatdığından da çoxuyla yaşamasının əhəmiyyəti bir daha ortaya çıxır. Hər gün qəzetlərdə və televiziyalarda, dünyanın dörd bir tərəfində Quran əxlaqının yaşanmamasından qaynaqlanan qarışıqlıqlara, edilən zülmlərin dözülməz olduğuna, yaşayışları çətinliklər (zülm) içində olan insanların həyatlarına şahid oluruq. Fələstində, İndoneziyada, Şərqi Türkistanda, Çeçenistanda və ya dünyanın hər hansı başqa bir yerində bir ovuc torpaq üçün yerlərdə süründürülən, uşaqlarının gözü qarşısında təpiklənilən insanlar, əllərində daşlarla özlərini müdafiə etməyə çalışan kiçik uşaqlar hər insanın bildiyi görüntülərdir.


Hələ də, dünyanın dörd bir tərəfində döyüşlər, daxili qarışıqlıqlar davam edir. Bu döyüşlərdə Bosna-Hersekdə, Kosovada Cəzairdə, Tunisdə, Əridərədə, Misirdə, Əfqanıstanda, Kəşmirdə, Ruandada, Şərq Türkistanda, Çeçenistanda, Vyetnamda, Taylandda, Filipinlerdə, Burmada ya da Sudanda yüz minlərlə silahsız insan həyatını itirmiş, qadınlar təcavüzə məruz qalmış, işgəncə görmüş, milyonlarla insanlar öz evlərindən, yurdlarından çıxarılmış, şikəst qalmış, yaxınlarını itirmişdir. 


Günahsız uşaqlar güllələrə hədəf olmuş, körpələr qundaqlarında qətl edilmiş, qaçmağa çalışan insanlar minalara düşərək şikəst qalmışlar. İnsanlar tayı bənzəri görülməmiş bir vəhşiliyə tabe olmuş, zülmə uğradılmış, həyatlarını davam etdirə bilmək üçün, insanlıq xaricində (insanlığa uyğun olmayan şərtlər altında) əsir düşərgələrində yaşamaq üçün mübarizə aparmışlar. Hələ də, daha bir çox yerdə bütün bu zülmlər davam edilir. Qadınlara, uşaqlara qarşı zülümlər, əziyyətlər, işgəncələr davam edir. Müsəlman birlikləri bir-bir müstəqilliklərini itirlər, onlara kömək əli uzadacaq vicdan sahibi olan insanların kömək etməsini gözləyirlər amma, səslərini eşitdirə bilmirlər. Müsəlmanların zülm gördükləri ölkələrdən yalnız bir neçəsində yaşananlara qısaca bir nəzər salındığımızda bu mövzunun əhəmiyyəti daha çox aydın olacaq.
Allah bir ayəsində belə buyurur:


Sizə nə olur ki, Allah yolunda : "Rəbbimiz, bizi xalqı zalım olan bu ölkədən çıxar, bizə qatından bir vəli (qoruyucu sahib) göndər, bizə qatından bir kömək edən göndər" deyən kişilər, qadınlar və uşaqlardan zəif buraxılmışlar adına səy göstərmirsiniz? (Nisa Surəsi, 75)


Zülm görən, işgəncəylə öldürülən insanlar, günahsız körpələr, bir çörək almağabelə pulu olmayanlar, soyuq havada, bezdən çadırlarda az qala haradasa küçədə yatanlar, xəstəliklərini müalicə etdirmək üçün pul tapa bilməyənlər və ya qoca, gücsüz olmalarına baxmayaraq xəstəxana qapılarında saatlarla hətta günlərlə müalicə üçün sırasını gözləyənlər, yalnız müəyyən bir qəbiləyə mənsub olduqları üçün qətl edilənlər, dinlərindən ötəri evlərindən, yurdlarından çıxardılan qadınlar, uşaqlar və yaşlılar, bir tərəfdə ardı-arxası görülməyən israf, digər tərəfdə isə aclıqdan və baxımsızlıqdan yox olan, ölümə məhkum olan yazıq insanlar, küçəyə atılan, öz başının çarəsinə baxa bilməyəcək qədər kiçik və özünü qoruya bilməyən uşaqlar, ailəsini dolandıra bilmək üçün kiçik yaşda məktəbə getməyib, oyun oynamayıb, işləməyə məcbur qalan və ya dilənən uşaqlar, hər an rəqibləri tərəfindən öldürülmə qorxusuyla yaşayan insanlar…


Burada sayılan insanların varlığından hər kəs xəbərdardır. Hər gün, qəzetlərdə, televiziyalarda bu çarəsiz, yazıq, kimsəsiz və möhtac insanların görünüşlərinə rast gəlmək mümkündür. Bir çoxları bu insanların içində olduqları vəziyyəti görür, onlara yazzığı gələr. Lakin, bir müddət sonra danışdığı mövzunu ya da seyr etdiyi kanalı dəyişdirincə və ya oxuduğu qəzetin səhifələrini dəyişdirincə bu insanların varlığını unudar. Çox adam bu insanları olduqları vəziyyətdən qurtarmaq üçün bir səy göstərməsi lazım olduğunu düşünməz. Və "dünyada o qədər zəngin və güc sahibi insan varkən o insanları qurtarmaq mənəmi qaldı" deyərək məsuliyyəti başqalarının üzərinə atar.


Halbuki, bu insanları qurtarmaq, bütün dünyanın ədalət, hüzur, əminamanlıq, güvən və zənginlik içində yaşanan, rifah dolu bir yer olmasını təmin etmək üçün zənginlik və tək başına güc kafi deyil. Məsələn dünyada çox sayda zəngin və inkişaf etmiş ölkə olmasına baxmayaraq Efiopiyada, hələ də insanlar aclıqdan ölüirlər. O qədər inkişaf etmiş texnologiyaya və dünyanın zəngin qaynaqlarına baxmayaraq insanların bir qab yeməyə möhtac olmaları, zənginliyin və gücün tək başına kafi olmadığını ən açıq şəkildə göstərir.


Zənginliyin və gücün, bu yazıq və möhtac insanlarınxeyrinə nəysə bir iş görmək üçün əvvəlcə, insanların vicdanlı olmaları lazımdır. Vicdan sahibi olmanın yeganə yolu isə imandır. Ancaq imanlı insanlar, davamlı olaraq vicdanlarını istifadə edərək hərəkət edərlər.


Nəticə olaraq, dünyadakı ədalətsizliyin, qarışıqlığın, terrorun, qırğınların, aclığın, səfalətin və zülmün tək bir həlli vardır: Quran Əxlaqı.



Ümumiyyətlə dünyadakı problemlərə baxıldığı zaman, bütün bu hadisələrə sevgisizlik, nifrət, kin, düşmənlik, mənfəətçilik, eqoizm, ciddi yanaşmamaq, mərhəmətsizlik kimi duyğuların və ağılsızlığın səbəb olduğu görüləcək. Bu hadisələri həll etmənin və tamamilə ortadan qaldırmanın yolları isə sevgi, şəfqət, mərhəmət, rəhmlilik, qarşılıq gözləmədən xidmət etmə şövqü, həssas olma, fədakarlıq, dostluq, gülərüzlülük, sağlamfikir və ağıldır. Bu xüsusiyyətlər isə ancaq Quran əxlaqını əskiksiz olaraq yaşayan insanlara aiddir. Allah ayələrində Quranın insanları qaranlıqlardan işıqlığa çıxarmağını belə bildirmişdir:


…Sizə Allahdan bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq yollarına yönəldər, onları Öz iznilə zülmətdən nura çıxarar və dümdüz yola yönəldib çıxardar! (Maidə Surəsi, 15-16)


Allah bir başqa ayəsində isə Qurana əməl edilmədiyində yer üzündə var olan hər şeyin korlanacağını xəbər verər:
Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz onlar üçün şan və şərəf, öyüd-nəsihət gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər.

Bu anda, siz bu yazını oxuyarkən də, milyonlarla yazıq insan ya əziyyət görür, ya aclıqdan ya da soyuqdan ölməmək üçün dözməyə çalışır. Və ya evindən, ailəsindən və uşaqlarından qoparılır, yurdundan sürgün edilir. Bu səbəblə vicdan sahibi olan insanlar bütün bunları düşünməli, bütün bu ağrı-acılar, fəlakətlər, sıxıntı və çətinliklərin özlərinə və sevdiklərinə toxunmuşcasına həssas davranmalıdırlar. Və kömək istəyən insanlara maddi mənəvi hərtərəfli köməkçi ola bilmənin yollarını axtarmalıdırlar. Allah iman edən, vicdan və sağlam fikir sahibi olan insanların bu məsuliyyəti öz üzərlərinə götürmələrini bir ayəsində belə əmr etmişdir: 


Sizə nə olur ki, Allah yolunda: "Rəbbimiz, bizi xalqı zalım olan bu ölkədən çıxar, bizə qatından bir vəli (qoruyucu sahib) göndər, bizə qatından bir kömək edən göndər" deyən kişilər, qadınlar və uşaqlardan zəif buraxılmışlar adına döyüşmürsünüz? (Nisa Surəsi, 75)


İndiki vaxtda bu xidmətin necə ediləcəyi isə, Quran ayələri nəzərə alındığında açıqca ortaya çıxır. Edilməsi lazım olan ən əhəmiyyətli şey, Quran əxlaqının dinsizliyin qarşısında üstün gəlməsi üçün, Müsəlmanların fikri sahədə mübarizə etmələridir. Bu saytı hazırlamağımızda məqsəd də, bəhs olunan fikri mübarizə üçün bütün Müsəlmanlara yol göstərməkdir. Çünki zəif buraxılan, çarəsiz, kimsəsiz və qorunmağa möhtac olan insanların tək qurtuluşu, Quran əxlaqının bütün dünya insanları arasında yayılıb yaşanmasıdır. Elə isə, bütün insanlara Quran əxlaqını izah etmək, dini təbliğ etmək hər Müsəlman üçün çox əhəmiyyətli və vacib olan bir ibadətdir. 


Vicdanlarını istifadə etməyənlər, yetimlərə, yoxsullara, yazıq günahsızlara qarşı laqeyd və soyuq davrananlar, dünya həyatında özlərinə verilən malları boşa xərcləyənlər, zülm görən qadınları, uşaqları, yaşlıları maraqsızcasına seyr edənlər, hər cür əxlaqsızlığın və çirkinliyin yer üzündə yayılmasından məmnun olanlar və bu dünyagörüşünü təşviq edən insanlar axirətdə bunların hesabını mütləq verəcəklər: 


Dini yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); Və (xalqı) yoxsulu yedirtməyə təşviq etməz (rəğbətləndirməz)nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar. Vay halına belə namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər . Onlar (namazlarında) riyakarlıq edər, və (xalqa) zəkat verməyi qadağan edərlər. (Maun Surəsi, 1-7)