İslam əxlaqının yaşanması üçün xidmət edən kitabların daha çox insan tərəfindən oxunmasına köməkçi olmaq üçün çox uzun zaman xərcləmənizə, çox böyük fədakarlıq etmənizə ehtiyac yoxdur. Evinizdə, məktəbinizdə, yoldaşlarınızla birlikdə olarkən ya da, dərsə hazırlaşarkən də edə biləcəyiniz çox şey var. Gün ərzində bir neçə dəqiqə ayıraraq bir çox insanın İslam əxlaqı haqqında məlumat sahibi olmalarına vəsilə ola bilərsiniz: 



Əgər şagirdsinizsə;

  • Məktəbə gedərkən və ya gələrkən, yolda ikən vaxtın daha yaxşı keçməsi üçün İslam əxlaqının ya da Quran möcüzələrinin izah edildiyi səs kasetlərinin dinlənilməsinə sövq edə bilərsiniz. Ya da siz ətrafınızdakı kəslərin diqqətini çəkəcək iman həqiqətlərini oxuyub, sabahısı gün yenə yolda ikən izah edə bilərsiniz.
  • Mövzusu sizin istəyinizə buraxılan tapşırıqlarda Harun Yəhya əsərlərindən elmi tapşırıqlar hazırlaya bilər, beləcə faydalı bir iş edə bilərsiniz. 
  • Boş vaxtlarınızda evinizdə yoldaşlarınızı yığıb, Harun Yəhyanın əsərlərindən hazırlanan filmləri izləyə bilərsiniz. 
  • Tənəffüs zamanı yoldaşlarınıza Harun Yəhya kitablarından öyrəndiyiniz iman həqiqətlərini izah edə bilərsiniz. Hətta bunu davamlı bir tətbiq halına gətirə bilərsiniz. Hər kəs evində 5 iman həqiqəti öyrənər, sabahısı gün gəlib bir-birinə izah edər. Bu şəkildə 5 adam bir-birinə izah etsə, hər kəs gündə 25 dənə iman həqiqəti öyrənər. Beləcə, qısa müddətdə özünüzü çox inkişaf etdirə bilər, İslam əxlaqını izah edərkən faydalana biləcəyiniz çox gözəl bir məlumat dağarcığı meydana gətirə bilərsiniz. 
  • İslam dininə daha yaxşı xidmət edə bilmək üçün özünüzü hər istiqamətdən davamlı inkişaf etdirə bilərsiniz. Kitab oxuyub, kompüter istifadə etməni, internetdə araşdırma etməyi, internet saytı hazırlamağı öyrənə bilərsiniz. Xarici dilinizi inkişaf etdirib, mədəniyyətinizi davamlı artıra bilərsiniz. Beləcə, İslam dininin yayılması üçün çox qiymətli işlər edə bilərsiniz.
  • Yoldaşlarınıza oxuduğunuz bir Harun Yəhya kitabını hədiyyə edə bilər, ancaq oxuduqdan sonra mütləq başqa bir adama daha verməsini tövsiyə edə bilərsiniz. 
  • Məktəbdə divar qəzeti hazırlaya bilər, buaraya hər həftə yeni düşündürücü iman həqiqətləri, Quran möcüzələri, gözəl əxlaq nümunələri yaza bilərsiniz. 
  • Bütün yoldaşlarınıza Harun Yəhyanın əsərlərindən hazırlanan internet saytlarını tövsiyə edə bilər, bu saytlara üzv olunmasını tövsiyə edə bilərsiniz. 
  • Harun Yəhyanın televiziya və radio reportajlarını canlı olaraq blog saytınızda yayınlaya bilərsiniz.  
  • Harun Yəhya əsərlərindən hissələr götürərək, facebook və twitterdə yazılar hazırlaya bilərsiniz. Facebookda qruplar və səhifələr meydana gətirə bilər, Harun Yəhya əsərlərinin daha çox adama çatmasını təmin edə bilərsiniz. Video saytlarına olduğu kimi bu sahələrə də Harun Yəhyanın reportajlarını, filmlərini yükləyə bilərsiniz. 


Ev xanımısınızsa;
  • Qonşularınızı və yoldaşlarınızı söhbət etmək üçün evə çağırdığınızda filmləri izlətdirə bilər, İslam əxlaqını ya da, Allahın yaratma sənətini izah edən kitablardan öyrəndiklərinizi onlara izah edə bilərsiniz. 
  • Uşaqlarınıza İslam əxlaqını, Allahın kainatdakı yaratma dəlillərini Harun Yəhyanın uşaqlar üçün hazırlanmış əsərlərindən faydalanaraq izah edə bilərsiniz. Onlara Harun Yəhya filmlərini izlətdirə bilər, uşaq kitablarından öyrənərkən eyni zamanda əylənmələrini də təmin edə bilərsiniz. Uşaqların bu əxlaqla yetişdirilmələri, onların irəliləyən yaşlarında milli və mənəvi dəyərlərinə bağlı, xeyirli kəslər olmalarına vəsilə ola bilər. 
  • Əgər uşaqlarınızın yaşları kiçikdirsə uşaq kitablarından alıb onlara gecələri yuxudan əvvəl bir neçə səhifə oxuya bilərsiniz. Onlara yatmadan əvvəl Allahı təsbeh etmələrini və ONA dua etmələrini xatırladıb sövq edə bilərsiniz.
  • Uşaqlarınızı pis axınlardan və zərərli çevrədən qorumaq üçün onları məlumatlandırmalısınız. Harun Yəhyanın Satanizm Təhlükəsi kimi zərərli axınları izah edən əsərləri əvvəlcə oxumalarını təmin edərək bu təhlükənin nə olduğunu anlamalarını təmin edə bilərsiniz. 
  • Uşaqlarınıza və yoldaşlarına iman həqiqətlərini, İslam əxlaqını, peyğəmbərlərin həyatlarını izah edən filmləri izləyə biləcəkləri mühitlər hazırlaya bilərsiniz. Həftə sonları çay süfrəsi qurub, gözəl yeməklər hazırlayıb, filmləri izlətdirə bilərsiniz.
  • Evinizdə kompüter varsa və internetə daxil olma imkanınız varsa, evinizə gələnlərə İslam əxlaqının, Quran möcüzələrinin və Allahın yaratma dəlillərinin izah edildiyi internet saytlarını, kitabları və s. göstərə bilərsiniz. 
  • Tanıdığınız yaşlı kəslərə, onlarla yaşayan nənə, ata tərəfdən nənə və ya babalara İslam əxlaqını izah edən səs kasetlərini dinləyəcəkləri mühitlər meydana gətirə bilərsiniz. 
  • Evinizdə bir kitabxana meydana gətirib, Harun Yəhya əsərlərini sərgiləyə bilər, qonaqlarınıza kitabları göstərib araşdırmalarını təmin edə bilərsiniz.
  • Yaxınınızdakı məktəblərin kitabxanalarına oxuduğunuz kitabları və filmləri (diskləri) hədiyyə edə bilərsiniz. 
  • Yaxınınızdakı qocalar evinə, uşaq evləri təşkilatlarına gedib kitab oxuya bilər, film izlətdirə bilərsiniz. Bir neçə saatınızı belə bir xidmətə ayıraraq onlarla insanı Allahı düşünməyə sövq edə bilərsiniz. 
  • Evdə israf olmamasına diqqət yetirib, pulun boşa xərclənməməsini təmin edə bilərsiniz. Gərəksiz xərcləmələrdən çəkinsəniz, qənaət etdiyinz vəsaitə İslam əxlaqının izah edildiyi kitablar və jurnallar ala bilərsiniz.
  • Yemək hazırlayarkən Harun Yəhyanın kitablarının səs kasetlərini dinləyə bilər, sonra onları yoldaşlarınıza izah edər, dinləmələri üçün onlara verə bilərsiniz.
  • Xüsusi günlərdə hədiyyə alıb, uşaq və ya yetkin yaşda olan hər insana uyğun kitablar və ya DVD-lər verə bilərsiniz. Bu hədiyyələr sayəsində yaxınlarınızın, dostlarınızın Allaha imanlarının güclənmələrinə vəsilə ola bilərsiniz. 
  • Tanışlarınıza qonaqlığa gedərkən çiçək, keks və s. yerinə kitab ala bilərsiniz. Bu vərdişin məntiqini bütün yoldaşlarınıza və yaxınlarınıza da izah edər, eynisini onların da tətbiq etmələrini təmin edə bilərsiniz. 
  • Harun Yəhyanın məqalələrinin çıxdığı qəzetləri əldən ələ dolaşdıraraq, çox adamın oxumasını təşviq edə bilərik.
  • Harun Yəhyanın dövlətə və millətə olan bağlılığını nümunə götürüb, lider bir Türkiyə meydana gəlməsi üçün siz də eyni əxlaqı göstərərək, əlinizdən gələni edə bilərsiniz.