Bu saytın fərqli hissələrində, İslam dininə xidmət etmək istəyən Müsəlmanlara köməkçi olmaq məqsədiylə bir çox yol göstərildi. İşyerlərində, evlərində, küçədə nələr edə biləcəkləri maddələşdirildi. Ancaq heç unutmamaq lazımdır ki, bu kimi dəstəklər olmadan da, hər insan düşünərək İslam dininə necə xidmət edə biləcəyini öz-özünə asanlıqla tapa bilər. Bunun üçün vicdanının səsini dinləməsi, səmimiyyətlə düşünməsi və imkanlarını çox yaxşı qiymətləndirməsi lazımdır.
İnsanların böyük bir əksəriyyəti doğrunun, vicdanlı rəftarın, yaxşılığın, xeyr və gözəlliyin harada olduğunu əslində çox yaxşı bilərlər. 

Bu səbəblə, yenə, insanların böyük bir qisimi danışıqlarında həmişə doğru və gözəl olan şeyləri söyləyər və daim haqlıdan yana olacaqlarını vurğularlar. Lakin, hərəkət etməyə gəldikdə isə, bir çoxu səssiz və reaksiyasız qalar. Haqqdan yana söyləyəcəkləri sözləri və haqqı müdafiə edə biləcəkləri bir çox mühit və imkanları olmasına baxmayaraq müxtəlif səbəblərlə bundan qaçarlar. 


Bu səssizliyin bir çox səbəbi vardır. Bunlardan bir dənəsi dünyəvi mənfəətlərinin zədələnilib, maddi zərərə uğrayacaqlarından qorxmalarıdır. Məsələn pislərin ittifaqına qarşı, yaxşı və zərər çəkmiş vəziyyətdəki bir insanı müdafiə etdikləri zaman, pislərin reaksiyasını görəcəklərini, bəzi mənfəətlərindən güzəşt vermələri lazım olacağını hesablayaraq bundan imtina edə bilərlər. Bunun nəticəsində, inkar edənlərin pislikləriylə qarşılaşmaqdan, karieralarini, cəmiyyət içindəki etibarlarını itirməkdən, böhtana uğramaqdan çəkinə bilərlər. Gələcək narahatlığına qapılaraq, haqqdan yana olmaya bilərlər. 


Ancaq bu insanlar bunu bilməlidirlər ki, Allahın razı olacağı ümid edilən rəftar, sözlə deyilənin hərəkətdə də keçirilməsidir. Allah, sözlə yaxşılığın və saleh əməllərin vədində olan, ancaq tətbiqə gəlincə geri çəkilən insanların vəziyyətini bir ayədə belə bildirməkdədir:


İtaət etmək və gözəl bir söz demək (sənin əmrini dinməz-söyləməz yerinə yetirmək). İş qətiləşdiyi (onlara cihad vacib olduğu) zaman Allaha (verdikləri vədə) sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı! (Məhəmməd surəsi, 21)


Məhz buna görə, Allaha iman edən, hesab günündə, dünyada etdiyi şeylərin hesabını verəcəyini bilən, səmimi və vicdanlı bir qul olduğunu söyləyən hər insanın, yaxşılarla ittifaq içində olması lazımdır. Bunu tətbiq etməyən insanları Allah belə xəbərdar etməkdədir:


Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar. (Səff surəsi, 2-3)


Hər insan dünya həyatındakı hər anının, bütün etdiklərinin axirət həyatında əskiksiz olaraq qarşılığını alacak. Bu, Allahın vədidir. Əlbəttə ki, insanlara dayanmadan Allahın varlığını xatırladan, İslam əxlaqını izah edən, bu yolda səy göstərən digər kəslərə kömək edən, 24 saatını Allah rızası üçün xərcləyən bir adam, Allahdan sonsuz cənnət nemətlərini ümid edə bilər.