Get Adobe Flash player


İnsanların bir-birlərinə necə zülm etdiklərini görən, hər gün ətrafında əxlaqsızlığın, mərhəmətsizliyin, imansızlığın işarələrini fərq edən və bunlardan ötəri narahatlıq hiss edərək barış, sevgi və hüzur, əmin-amanlıq dolu bir cəmiyyət istəyən bir insanın bütün bu baş verən hadisələrə qarşı laqeyd qalması böyük bir səhv olar. Hər insan, az ya da çox, gücünün çatdığından da çox pisliklərin tək həlli olan Quran əxlaqının yaşanmasında və yaşadılmasında iştirak etməli, yaxşılıq və gözəllik yolunda səy göstərməlidir. 

İndiki vaxtda Müsəlmanların, insanların razılıqlarını güdmədən, kim nə deyər deyərək düşünmədən Quran əxlaqını insanlara izah etmələri, Peyğəmbərimiz (səv)-ın sünnəsinə uyğun olaraq “qınayanın qınamasından qorxmamaları” lazımdır. Bu, Allahın razı olacağı və cənnəti ilə müjdələdiyi bir əxlaq və təqva əlamətidir. Peyğəmbər Əfəndimiz, Müsəlmanlara bu sünnəsinə uyğun yaşamalarını belə bildirmişdir:

“Mənim təbliğ etdiklərimi, məni görənlər (şahid olanlar) görməyənlərə təbliğ etsin, eşitdirsin.”

Ancaq, şeytan yaxşı istiqamətdə davranmağa niyyət edən hər insana mütləq müsəllət olacaq və onları bu qərarlarından imtina etdirməyə çalışacaq. Şeytanın xeyr üçün səy sərf edən insanlara verə biləcəyi quruntulardan biri də, “Mənim etdiyimdən nə çıxar?” məntiqi ola bilər. İnsan, bütün dünyaya yayılmış olan pisliyi, zülmü, döyüşləri, qırğınları düşündüyündə özünü çox zəif və heç bir şeyə güc çatdıra bilməz bir kimsə olaraq görə bilər. Halbuki, əsas olan iş tam fərqlidir. Hər şeydən əvvəl dünyaya barışı, təhlükəsizliyi, hüzuru, sevgini, mərhəməti, xoşbəxtliyi, insanclılığı, dostluğu və anlayışı heç bir insan hakim edə bilməz. 

Bunu nə bir insan, nə bir birlik, nə də başqa hər hansı bir güc təmin edə bilməz. Bunu reallaşdıracaq olan, hər şeyə güc çatdıran, sonsuz qüdrət sahibi, hər kəsin ürəyindən, düşündüklərindən, söylədiklərindən xəbərdar olan Rəbbimizdir.
İman edənlərin bu yolda çalışması isə onların saleh və təmiz niyyətlərinin bir göstəricisidir. Bəlkə birinin söylədiyi gözəl bir söz, bir başqasının xoş rəftarı, digərinin səbri və əzmi digərlərinə nümunə olacaq və onların ürəyini Quran əxlaqının gözəlliyinə isidəcək və yaxşıların sayı beləcə artacaq. Bunlar iman edənlərin Rəbbimizə olan qulluq vəzifələrini yerinə yetirmək üçün xərclədikləri səyin hissələridir. Lakin, unudulmamalıdır ki, yaxşıları gücləndirəcək, yer üzünə gözəlliyi hakim edəcək olan Allahdır. Bu səbəblə “Mənim səyimdən nə olar?” demək şeytanın bir vəsvəsəsidir və bu səsə uyanlar məsuliyyətdən qaçmış olarlar. 

Hər insanın gözəl əxlaqlı və vicdanlı bir insan olduğu müddətcə yaxşılıq və xeyr adına edə biləcəyi bir çox gözəl şey vardır. Məsələn, çox ağır bir yük qaldırılacağı zaman, yükün ətrafında olan on beş adamdan yalnız dördü yükün altına girsələr və digərləri “biz onsuz da zəif, çəlimsiz kəslərik, bizim köməyimizdən nə olar” deyə kənarda dayansalar bunun məqsədəuyğun bir qərar olmayacağı aydın olur. Ancaq on beş adamın on beşi də yükün altına girsə və hər biri gücünün çatdığı qədər yükü qaldırsa o dörd adamın çiyinindəki ağırlıq çox yüngülləşəcək. Kimin nəyi nə qədər etdiyi deyil, gücünü nə qədər istifadə etdiyi əhəmiyyətlidir. 

Allah Quranda heç kimə gücünün catmadığı bir yüklə yüklənməyəcəyini bildirərək, onsuz da hər yaxşı insan üçün bir asanlıq etmişdir:

Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər.
Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz. (Muminun Surəsi, 61-62)

Share