Get Adobe Flash player


Harun Yəhyanın əsərləri siyasi, imani və elmi mövzular başda olmaq üzrə bir-birindən çox fərqli mövzular üzərinə yazılmışdır. İslam əxlaqını izah edən kitablar Quran ayələri və Peyğəmbər Əfəndimiz (səv)-ın sünnəsini təməl edərək hazırlanır. Harun Yəhyanın bütün kitablarında insanlar Allahın ayələrini öyrənməyə və Quran əxlaqını yaşamağa dəvət edilir. Allahın ayələri ilə əlaqədar bütün mövzular, oxuyanın ağlında heç bir şübhə və ya sual işarəsi buraxmayacaq şəkildə açıqlanır. 

Siyasi kitablar, insanlara yeni bir dünyagörüşü təqdim edir. Yerli və xarici, yüzlərlə orijinal qaynağa söykənərək hazırlanan bu əsərlərdə, dünya üzərindəki siyasi, siyasi və sosioloji hadisələr təhlil edilir. Elmi əsərlərdə isə sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin kainatın hər zərrəsində var etdiyi bənzərsiz yaradılış dəlilləri gözlər önünə sərir. Bu əsərlər insanlara istər öz bədənlərində istərsə də, kainatda mövcud olan müxtəlif yaradılış dəlillərini tanıdarkən, bunlar üzərində dərin-dərin düşünmə imkanı da təqdim etdir. 

  • Harun Yəhya, əsərlərində təkamül nəzəriyyəsinin çöküşünə xüsusi bir yer ayrılır. Bunun səbəbi, bu nəzəriyyənin hər cür din əleyinə olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılış həqiqətini və beləliklə Allahın varlığını inkar edən Darvinizm, 150 ildir bir çox insanın imanını itirməsinə ya da şübhəyə düşməsinə səbəb olmuşdur. Bu səbəbdən, bu nəzəriyyənin bir aldatmaca olduğunu gözlər önünə sərmək çox əhəmiyyətli bir imani vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlara çatdırıla bilməsi isə zəruridir. Harun Yəhyanın Darvinizm aldatmacasına qarşı bir çox işləri (əsərləri) vardır. Ayrıca olaraq, hər kitabının arxasında bu aldatmaca haqqında xülasə bir hissə yazılır, bu şəkildə yalnız tək bir kitabı oxuyan kəslərin də təkamül aldatmacası haqqında məlumatlandırılması hədəfə alınır.
  • Harun Yəhyanın kitablarında din əxlaqının yaşanmasının çox asan olduğu insanlara izah edilir. Allah, dini insanlar üçün asan olacaq şəkildə yaratmışdır. Din əxlaqının yaşanması bu qədər asan olduğu halda onu çətin göstərməyə çalışmaq, çətinləşdirməyi istəmək çox böyük səhv olar. Allah Quranı açıq-aşkar və aydın olan bir şəkildə yaratmışdır. İslam, insanların yaradılışına çox uyğun olan, rahatca yaşaya biləcəkləri bir həyat təqdim edir. Harun Yəhya əsərlərinin ən diqqət çəkən istiqamətlərindən biri də budur. Dini bilməyən, din əxlaqından uzaq bir həyat sürən insan, bu kitabları oxuduqda İslam dinini yaşamağın çox asan olduğunu dərhal anlayır. Bu kitablarda İslam dininin, insanın yaradılışına ən uyğun həyat forması olduğu və Quran əxlaqına uyğun yaşamaqla davam etdirilən həyatın bir insan üçün ən gözəl həyat olduğu izah edilir.
  • Harun Yəhyanın kitablarını oxuyan adam, din əxlaqını həyatının hər anında necə yaşaya biləcəyini öyrənir. Bir çox insanın, din haqqında bir şeylər oxumuş olsa da, dinin gündəlik həyatda necə yaşanması lazım olduğuna dair çox məlumatı yoxdur. Halbuki, Harun Yəhya kitablarında bir Müsəlmanın həyatının necə olması lazım olduğu, gündəlik həyatı, düşüncələri, ibadətləri, həyata və hadisələrə baxışı, münasibəti qarşılaşdığı hadisələrdə necə reaksiya verməsi lazım olduğunnu detalları ilə izah edilir. Bu kitabları oxuyanlar hər cür səhv düşüncələrindən, xurafatlardan, səhv din anlayışlarından xilas olaraq, gerçək din əxlaqını öyrənirlər. Hər insanın 24 saatını din əxlaqına uyğun bir şəkildə keçirə biləcəyini anlayırlar. 
  • Harun Yəhyanın uşaqlara aid hazırladığı əsərlərində çox sadə, asan və aydın olan bir dillə (üslubla) Allahın sonsuz güc və qüdrəti, yaradılış dəlilləri izah edilir. Uşaqların təhsili son dərəcə əhəmiyyətlidir. Daha kiçik yaşlardan etibarən möhkəm təməllərlə yetişən, gerçəkləri bilərək, hər şeyi qaynağından öyrənərək böyüyən uşaqlar igələcəkdə daha çox şüurlu olarlar. Bu təhsil sayəsində gələcəkdə bu uşaqların azğın fəlsəfələrə, dövlətin bütünlüyü üçün təhlükə meydana gətirə biləcək zərərli ideologiyalara qapılmamaları, bu cür tələlərə düşməmələri təmin edilir. Əks halda zəif təməllər üzərində qurulan həyatda mövcudluq məqsədini, milli və mənəvi dəyərlərini bilməyən, mənəvi cəhətdən kasıb olan gənclərin bu cür səhvlərə düşmələri çox asan olacaq. Məsələn, bu məqsədlə hazırlanan “Dinimizi Öyrənək” adlı əsərdə İslam dini uşaqlara ən doğru, ən sadə, ən asan və ən aydın olan bir şəkildə izah edilir. Harun Yəhyanın digər kitablarında olduğu kimi uşaq kitablarında da, heç bir batil anlayışa, səhv fikrə, azğın inanca, yer verilmir. 
  • Kitablarda istifadə edilən səmimi, sadə və axıcı üslub isə kitabların yeddidən yetmişə, hər kəs tərəfindən rahatca başa düşülməsini təmin edir. Bu təsirli və sadə izahat sayəsində, kitablar “bir nəfəsdə oxunan kitablar” deyilişə tam olaraq uyğun gəlir. Dini rədd etmə mövzusunda qəti bir rəftar sərgiləyən insanlar belə, bu kitablarda izah edilən gerçəklərdən təsirlənir və izah edilənlərin doğruluğunu inkar edə bilmirlər.
  • Harun Yəhyanın bütün əsərləri, oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı bir söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən oxucuların, kitabları qrup olaraq, bir yerdə oxumaları, bu sırada mövzuyla əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birləri ilə bölüşərək də faydalı olacaq.
  • Yalnız Allah rızası üçün yazılmış olan bu kitabların tanınmasına və oxunmasına vasitəçi olmaq böyük bir xidmətdir. Çünki, yazıçının bütün kitablarında isbat (dəlil) və razısalıcı (təsiredici) tərəflər son dərəcə güclüdür. Bu səbəbdən, dini izah etmək istəyənlər üçün, ən təsirli üsul, bu kitabların digər insanlar tərəfindən də oxunmasıni təşviq etməkdir (həvəsləndirilməkdir).
  • Bu əsərlərdə, digər bəzi əsərlərdə görünən, yazıçının şəxsi qənaətlərinə, şübhəli qaynaqlara söykənən izahlarına, müqəddəsata qarşı lazım olan ədəbə və hörmətə diqqət verilməyən üslublara, burxuntu verən ümidsiz, şübhəli və ümüdsizliyə aparan izahatlara rast gələ bilməzsiniz.


Share