Get Adobe Flash player

Bütün insanlar arasında Quran əxlaqının yayılması üçün səy göstərmək iman və vicdan sahibi olan bütün insanların məsuliyyətidir. Allah Quranın “Sizdən; xeyirə çağıran, yaxşılığı (bilinəni) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir birlik olsun (tapılsın). Məhz bunlar nicat tapanlardır.” (Ali İmran surəsi, 104) ayəsiylə bu öhdəçiliklərini insanlara bildirmişdir. Bir başqa ayədə isə Allah bütün inananlara “…Artıq xeyir işlərdə yarışın. Hamınızın dönüşü Allahadır…” (Maidə surəsi, 48) belə buyurmuşdur. Bu səbəblə hər insan əlindəki imkanlar daxilində insanları xeyirə çağırmalı, Quran əxlaqının təbliğ edilməsinə dəstək olmalıdır. 

Bunun üçün, bir kimsənin maddi imkanları kafi olmaya bilər; belə bir işə çox böyük bir zaman ayırmağa imkanı olmaya bilər, amma, vicdanını olan insan, əlindəki imkanlar daxilində mütləq edə biləcəyi bir şeylər tapa bilər. Ola bilsin ki, kitab nəşr etdirib insanlara paylaya bilmir; insanlara Quran əxlaqını tnıtdıran (izah edən) filmləri çıxartdırıb yaya bilmir; İslamı yayan, təbliğ edən saytlar hazırlaya bilimir. Belə bir vəziyyətdə, adamın edə biləcəyi iş heç olmasa, başqalarının böyük bir səylə etdiyi faydalı işləri yaymaq ola bilər. 

Məhz bu nöqtədə Harun Yəhya əsərləri vicdan sahibi olan insanlar üçün, böyük bir qaynaqdır. Heç bir ticari qayğı və maddi çıxar məqsədi güdmədən, yalnız Allah rizası üçün, böyük bir fədakarlıq ilə hazırlanmış bu əsərləri başqalarına tövsiyə etmək, bu əsərləri insanların satın almalarını, imkanı olmayanların da, satın almaq imkanı olmasa, heç olmasa internetdən oxumalarını təmin etmək böyük bir xidmətdir. Bu şəkildə tək bir adam yüzlərlə yoldaşını kitab və məqalələri oxumağa, filmləri seyr etməyə, səsli izahatları dinləməyə yönəldə bilər. Bu yoldaşlarından hər biri də, yenə eyni şəkildə yüzlərlə adamı təşviq etmiş olsa, Quran əxlaqı bu kitablar vəsiləsiylə çox qısa zamanda çox sayda insana çatmış olacaq. 

Bu kəslərdən hər biri evinə gələn qonaqlara, iş yerinə gələn müştərilərə, məktəbdəki yoldaşlarına, üzv olduğu dərnək üzvlərinə bu kitabları tövsiyə edə bilər. Jurnal çıxarırsa bu jurnalda, TV kanallarıyla bir əlaqəsi varsa, TV proqramlarında Harun Yəhya əsərlərinin təqdimatını edib insanları bunları oxumağa, izləməyə və dinləməyə təşviq edə bilər. Bu əsərlərin daha geniş kütlələrə çata bilməsi və Quran əxlaqının insanlar arasında yayılması üçün nələr edilə biləcəyi mövzusunda yeni fikirlərini bizlərə çatdıra bilər. Bunun üçün, edəcəyi iş, kompüterindəki tək bir düyməni basaraq bir mesaj göndərməkdən ibarətdir. Bunun xaricində, ayrıca, yenə tək bir düyməyə basaraq ətrafındakı insanlara internet saytlarının, kitabların və digər işlərin təqdimatını edə bilər.

Göründüyü kimi həqiqətən, öz üzərinə düşən təbliğ vəzifəsini yerinə yetirmək istəyən və buna yol axtaran kəslər üçün, edilə biləcək çox şey vardır. Əhəmiyyətli olan, adamın, bu mövzuda ağılını və vicdanını səmimiyyətlə istifadə etməsidir. Allah Quran ayələrində bu gerçəyi insanlara bildirmişdir:

Həqiqətən, bu (ayəllər insanlar üçün) bir öyüd-nəsihətdir. Artıq, kim istəsə Rəbbinə bir yol tapa bilər. (Müzzəmmil surəsi, 19)

… Kim Allahdan qorxub-çəkinsə, (Allah) ona bir çıxış yolu göstərər; (Talaq surəsi, 2)

Buna görə Quran əxlaqının təbliğ edilməsi üçün edilən işləri yalnız təqdir etmək, lakin, bu istiqamətdə bir səy göstərməmək iman edən bir kimsənin vicdanına sığan bir şey deyil. Allah axirətdə insanı belə bir rəftara gürə məsul tuta bilər. Xüsusilə də, Fələstin, Çeçenistan, Şərqi Türkistan kimi dünyanın müxtəlif yerlərində, Müsəlmanların böyük təzyiq altında olduğu belə bir dövrdə iman edənlərin bir-birlərinə dəstək olmalar, çox böyük əhəmiyyət kəsb edir. Belə bir vəziyyət, məhdud olan zamanı, daha yaxşı istifadə edərək və dayanmadan Quran əxlaqının yayılmasına dəstək olacaq işlər görməyi tələb edir. Kiçik, böyük demədən ixlasla edilən bütün səylərin bir yerə gətirilməsi, Allahın köməyi ilə, İnşaallah gözəl əxlaqın bütün insanlar arasında yayılmasına vəsilə olacaq. Bu, eyni zamanda da, Allahın bütün Müsəlmanlar üzərinə yüklədiyi bir məsuliyyətdir. Quranda Allahın bu əmri belə bildirilmişdir:

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Səff surəsi, 4)

Share