Get Adobe Flash player

Peyğəmbərimiz (s.ə.v) hədislərindən birində, ən doğru yolun Allahın və Rəsulunun yolu olduğunu bildirmişdir:

“Şübhəsiz, ən gözəl söz Allahın kitabıdır (Quran). Ən gözəl yol da Muhammədin (s.ə.v)-ın yoludur.”

İnsanlara Allahın varlığını, kainatı bürümüş yaradılış dəlillərini yəni Allahın və Rəsulunun yolunu izah etmək bütün iman sahiblərinin, Allahdan qorxan bütün Müsəlmanların ən böyük məsuliyyətlərindəndir. İslam əxlaqının insanlar arasında yayılması üçün hər bir insan əlindən gələn səyi göstərməlidir. Əvvəlcə öz əxlaqını Allahın razı olacağı hala gətirməli, daha sonra da, ən yaxın ətrafından başlayaraq insanlara Allahın sonsuz güc və qüdrətini izah etməlidir. Çünki, Quranda möminlərin insanları xeyirə (haqqa) çağırmaq, onlara yaxşılığı izah etmək və pislikdən çəkindirməklə məsul olduqları bildirilmişdir.

(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Əl-İmran surəsi,104)

Bu ayənin mənası budur ki, Müsəlmanlar həm bir-birlərini həm də digər insanları Allahın bəyənəcəyi əxlaqa yönəltməyə çalışırlar. Quranda möminlərə “sözün ən gözəlini” demələri əmr olunmuşdur. Bu səbəbdən, iman edənlər ağılları və vicdanlarından ən gözəl şəkildə istifadə edib danışarlar, qarşılarındakı insanlara ən faydalı sözlər söyləməyə çalışarlar. Bu kəslərin əskik ya da yanlış tərəflərini (hərəkətlərini) Quran əxlaqından uzaq qalmış olmalarından, məlumatsızlıq ya da cahilliklərindən qaynaqlana biləcəyini bilərək, onlara şəfqət və mərhəmət dolu bir üslubla yaxınlaşarlar. Özlərinin də, Quran əxlaqını öyrənmədən əvvəl, yanlış rəftar içərisində olduqlarını və ancaq Allahın rəhməti sayəsində gözəl bir əxlaqa sahib ola bildiklərini unutmazlar. Din əxlaqını izah edərkən heç bir zaman qarşı tərəfə məcbur edəcək bir üslubdan istifadə etməzlər.

Quranın “Artıq sən öyüd-nəsihət verib xatırlat. Sən ancaq öyüd-nəsihət verənsən! Onların üzərində (təzyiq göstərərək məcbur etmə) hakim deyilsən.” (Ğaşiyə surəsi, 21-22) ayələrində bildirildiyi kimi, Müsəlmanların məsuliyyətinin yalnız gözəl sözlə öyüd vermək olduğunu, hidayəti verəcək olan isə Allah olduğunu bilərək danışarlar. Bir ayədə: “Rəbbinin yoluna insanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihətlə (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübarizə et.” (Nəhl surəsi, 125) hökmü ilə bildirildiyi şəkildə “ən gözəl üslubda” danışmağa çalışarlar.

Bir başqa ayədə isə: “…. onlara öyüd ver və onlara nəfisləri ilə bağlı açıq və təsirli sözlərlə müraciət et!” (Nisa surəsi, 63) bildirildiyi kimi, Müsəlmanlar, səhvə yol verən insanların nəfslərinə aid açıq və təsir edici sözlər söyləyərək birbaşa qarşı tərəfin vicdanına xitab edərlər. Son dərəcə hörmətlə və yumşaq bir üslubdan istifadə edərlər, qarşı tərəfə müsbət və dünyagörüşlərinə uyğun şəkildə yaxınlaşarlar. Bu kəslərlə ağıla və səmimiyyətə çəkəcək (yönəldəcək) söhbətlər edərlər. Onları, xətalı olduqları vəziyyətdən imtina etmələri, daha gözəl rəftara yönəlmələri üçün axirəti, hesab gününü, Allahın, deyilən hər sözü eşitməsini, hər bir hərəkətlərini gördüyünü xatırladaraq, Allahdan qorxub çəkinməyə dəvət edərlər.

Peyğəmbərimiz (s.ə.v)-ın bir hədisində isə, yaxşılığı əmr etməyin, pislikdən çəkinməyin əhəmiyyətini belə izah edilir:

“Adəm oğlunun, yaxşılığı əmr etmək və ya pislikdən çəkindirmək və ya Allah Təala Həzrətlərinə zikr etmək xaricində, bütün sözləri lehinə deyil, əleyhinədir.” (Kütüb-i Sitte, 16-cı Cild, s. 381)

Siz İslam əxlaqını izah etmə mövzusunda səmimi bir səy göstərə bilərsiniz, ancaq bütün səyinizə baxmayaraq, qarşı tərəf izah edilənləri basa düşməyə bilər və ya tam olaraq qəbul etməyə bilər. Buna görə ümidsizliyə qapılmayın, və ya kədərlənməyin. Sizin məsuliyyətiniz Allahın bir ibadət olaraq bildirdiyi təbliğ vəzifəsini ən gözəl şəkildə yerinə yetirməkdir; verilən nəsihətlərə əməl edib və ya etməməyin məsuliyyəti isə yalnız izah edilən adamın özünə aiddir. Əgər bu insan izah edilənləri qəbul etmirsə, bunda bir xeyir olduğunu bilməlisiniz. Quranda “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola yönəldər. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O, bilir!” (Qəsəs surəsi, 56) bildirildiyi kimi, hidayəti verən Allahdır.

Allahın seçdiyi üstün qulu Peyğəmbərimiz bu hədisi şəriflərində insanların gözəl əxlaqlı olmalarını buyurmuşdur. İnsanlara yaxşı davranıb, başqalarına da yaxşılığı əmr edib, pisliklərdən uzaqlaşmaq və uzaqlaşdırmaq çox əhəmiyyətli bir ibadətdir, hər kəs öz imkanları və gücü daxilində bu ibadəti yerinə yetirməlidir. İnsan hansı imkanlara sahib olursa olsun, hansı şərtlər altında olursa olsun əlindən gələndən də çox Allahın razılığı (rızası) üçün hərəkət etməlidir. Vicdanla, əsla azıyla kifayətlənməməli, həmişə gücünün ən üst səviyyəsində xidmət etməlidir. Necə ki, Allah, xəstələrin ya da gücsüzlərin məsuliyyətlərini asanlaşdırmış, ancaq onlara da, “xeyirə çağırmağı” əmr etmişdir. Bu vəziyyət bir Quran ayəsində belə xəbər verilir:

Allaha və elçisinə qarşı sadiq (ürəkdən bağlı olub xeyirə çağıranlar) qalmaq şərti ilə, gücsüzlərə, zəiflərə, xəstələrə və infaq etmək üçün bir şey tapa bilməyənlərə bir məsuliyyət (günah) yoxdur. Yaxşı işlər görmək istəyənlərədə, məzəmmət etməyə heç bir əsas yoxdur. Allah, bağışlayandır, əsirgəyəndir. (Tövbə Surəsi, 91)

Bu halda, imkanı az və ya çox olsun xeyirə (haqqa) çağırmaq hər insanın borcudur. Harun Yəhya əsərləri, İslam əxlaqını mübarək Peyğəmbərimiz (s.ə.v)-ın hədisləri və Quran ayyələri ilə izah edən, insanları dinsizliyin kabusuna qarşı xəbərdar edən qiymətli qaynaqlardır. Bu əsərləri mümkün olduqca çox insana çatdırmaq, insanın bu əsərlərə əlindən gələn dəstək verməsi “xeyirə çağırma” ibadətini etməsinə və yuxarıdakı ayyənin hökmünü yerinə yetirməsinə, Allahın iznilə vəsilə ola bilər. Bu səbəblə hər kəs imkanı daxilində bu işlərə dəstək olmalıdır. Allah bir ayəsində belə buyurur.

Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.(Ali İmran surəsi, 114)

Allah Quranın bir ayəsində dininə kömək edənlərlə əlaqədar olaraq belə buyurur.

Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir! (Hac surəsi, 40)

Peyğəmbərimiz (s.ə.v) da, bir hədisi şərifində xeyirli işlər görmək barədə belə buyurmuşdur:

Dostların xeyirlisi, Allah rızası üçün xeyirli olandır, qonşunun xeyirlisi, Allah rızası üçün qonşuya xeyirli olanıdır. (Ramuz əl Ehadis, s.280)

Peyğəmbərimiz (s.ə.v) bir başqa hədisində isə xeyir iş görənin qarşılığını mütləq alacağını belə bildirmişdir:

Kim zərrə qədər xeyir iş görərsə, onun qarşılığınıda o cür alar. Kim də, zərrə qədər pis iş görərsə, onun qarşılığınıda o cür alar. (Ramuz əl Ehadis, s.237)

Bu halda, bu əsərlərin yayılmasına, oxunmasına, daha çox adama çatdırılmasına vəsilə olmaq, belə bir xeyirə vasitəçi olmaq, insana, Allahın izni ilə böyük bir əcr olaraq dönəcək. Bu etdikləri, eyni zamanda insanın digər müsəlmanlara olan sevgisinin və mərhəmətinin də bir göstəricisidir. İnsan bu yolla, iman sahiblərinin artmasına, Allaha yaxınlaşmalarına vəsilə olmuş olar. Onların, Allahı daha çox zikr etmələrini, ölümü, axirəti daha çox fikirləşmələrini (düşünmələrini), vicdanlarının oyanması və şüurlarının açılmasını, dövlətə və millətə bağlı fərdlər halına gəlmələrini təmin etməsində vasitəçi olmuş olarlar. Müsəlman qardaşının axirətini düşünüb, Allahdan qorxan insan davamlı bu tərz xeyirli işlər görər. Peyğəmbərimiz bir başqa hədisində möminlərin bu xüsusiyyətlərini belə bildirmişdir:

Möminləri mərhəmət, söhbət və köməkləşmədə tək bir bədən kimi görərsən. Necə ki, bir əza narahat olarsa digərləri də atəş və yuxusuzluq bürüyərsə, bu da elədir. (Ramıq-əl Ehadis, s. 250)

Xeyir işlər görməyə vəsilə olmağın əhəmiyyətini böyük İslam alimləri də əsərlərində bildirmişdir. Məsələn, İmam Gazali xeyir iş görmənin əhəmiyyətini bir əsərində belə ifadə etmişdir:

“Həyatda yaşadıqca (ömrün boyunca) xeyir iş görməyi əlindən qoyma” (İmam Gazali,Hüccət-ül İslam, s.88)

Bu halda İnsan, böyük kiçik demədən əlindən gələn, gücü çatdığı qədər İslama xidmət etməlidir. Bu çox əhəmiyyətli məsuliyyət və mühüm bir ibadətdir. Buna görə hikmətləri və xeyrləriylə diqqət çəkən Harun Yəhya əsərlərini daha çox insana çatdırmaq, bu əsərlərin bütün dünyaya yayılması üçün ediləcək hər cür xeyirli fəaliyyət çox əhəmiyyətlidir.

Allah Quranın bir ayəsində Allahin rızası üçün görülən xeyir işin mütləq bir qarşılığı olduğunu belə bilddirmişdir:

“… İstər kişi, istərsə də qadın olsun, Mən, heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Bu, Allah qatından bir qarşılıqdır (savabdır). Ən yaxşı mükafat Allah yanındadır!” (Ali İmran surəsi, 195)

İnsan bir xeyir iş görərsə, əslində öz axirəti üçün görər. Buna görə, attığı hər addım, danışdığı hər söz, sərf etdiyi enerji, xərclədiyi pul, verdiyi əmək savab olaraq yazılacaqdır. Hər insan bu qarşılığa möhtacdır. Buna görə də, gördüyü xeyir işləri daha da artırmalı və xeyir iş görməkdə bir-birləri ilə yarışmalıdırlar. Allah Quranda belə əmr etmişdir:

Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Al-i İmran Surəsi, 114-115)

Harun Yəhya əsərləri insanların xeyr iş görmələrinə vəsilə olan işlərdir. Bu əsərlərə sahib olanlar vicdanlı davranaraq, imkanları daxilində edilən işlərə dəstək olmalıdırlar. Bunun çox yolu vardır:

Peyğımbərimiz bir hədisində Allahı zikr etmənin əhəmiyyətini belə bildirmişdir:

…Möminin ən xeyirli zamanı Allahı zikr etdiyi zamandı. (Ramuz əl Ehadis, s.254)

Harun Yəhyanın əsərlərinin ən əhəmiyyətli xüsusiyyəti Allahı xatırladan, içində çoxlu Quran ayəsi və Peyğəmbərimiz (səv)-ın hədisləri olan, Quranın ruhunu və məntiqini ən gözəl şəkildə əks etdirən,açıqlayan əsərlərin olmasıdır. Bu əsərləri mümkün olduğu qədər çox oxumaq, seyr etmək, qulaq asmaq (dinləmək) insanın Allaha yaxınlığını, həm dinə bağlılığını, həm də məlumatının artırması baxımından əhəmiyyətlidir. Bu əsərləri oxumaq, qulaq asmaq və ya seyr etmək insanın Allahı çox zikr etməsini təmin edər. Allahı zikr etmək ibadətdir. Allah, Quranda onun (Allahın) zikr edilməsini belə əmr etmişdir:

Ey iman edənlər, Allahı çox zikr edin! (Əhzab surəsi, 41)

Allah Quranda insanları Quran haqqında düşünməyə və Qurandan öyüd almağa çağırır. Bu əsərlərin bu məqsədə xidmət etməsinin səbəbi, Allahın izniylə insanların Quran haqqında düşünmələrini və Qurandan öyüd almalarını təmin etməkdir. Mövzu ilə əlaqədar ayyələr belədir:

Onlar hələ də Quran barəsində düşünmürlərmi? Əgər o,Allahdanqeyrisinin tərəfindən olsaydı, əlbəttə,onda çoxlu ziddiyyət ( ixtilaf,uyğunsuzluq) tapardılar. (Nisa surəsi, 82)

And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət almaq) üçün belə asanlaşdırdıq. Amma, bir ibrət alan (öyüd-nəsihət alan) varmı?! (Qəmər surəsi, 17)

Harun Yəhya əsərlərini təqib etmək insanın Allahı tanımasına, Allahın ucalığını və böyüklüyünü qavramasına və imanının artmasına vəsilə olur. İşlərin bu tərəfi çox əhəmiyyətlidir. Allah Quranın bir ayəsində belə buyurmuşdur: 

”Ey iman edənlər, Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (Maidə surəsi, 35)

Harun Yəhyanın yazdığı əsərlərin əsas hədəfi də insanların Allaha yaxınlaşmalarına vəsilə olmaqdır.

Rəbbimizin kainatı bürüyən yaradış dəlilləri üzərində düşünmək çox əhəmiyyətli bir ibadətdir. Allah möminlərin bu xüsusiyyətini Quranda belə bildirir:

Onlar, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən çox uca və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! (Al-i İmran Surəsi, 191)

Harun Yəhyanın elmi və imani əsərləri də insanları səmadakı və yer üzündəki yaradılış dəlilləri üzərində düşünməyə sövq edir. Bu yazılar adamın elmi cəhətdən dərinləşməsini, məlumatını artırmasını, bir çox mövzuya hakim olmasını təmin edən əsərlərdir. Bütünlüklə Qurana və elmi təməllərə söykənən bu əsərlər, (Qurandan və elmdən) qaynaqlandığı üçün oxucunun verilən mövzuda mütəxəssisləşməsini də təmin edir. Elmdə dərinləşmək isə Müsəlmanlar üçün çox əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v) aşağıdakı hədislərində də bu mövzu ilə bağlı olaraq belə buyurmuşdur:

Elmə sahib ol! Şübhəsiz ki, elm möminin dostu, helm vəziri, ağıl rəhbəri, əməl gözətçisi, həlimlik atası, mülayimlik qardaşı, səbir də əsgərinin komandanıdır. (Ramuz el Ehadis, 2-ci cilt, s. 319/6)

Ey insanlar!Elm ancaq çalışmaqla öyrənilir. Bir şeyi ən incə təfərrüatına qədər bilmək də (islami şəriət məlumatı ) səy göstərməklə əldə edilər. Kimə Allah xeyir arzu edərsə onu dinində “alim” (şəriəti dərindən bilən) edər. Qulları içində Allahdan ancaq, alimlər qorxarlar” (Ramuz əl-Ehadis 1-ci dəri, 183)

İnsanların ən xeyirlisi, onların ən gözəl oxuyanı, Allah rzası üçün ən zəki olanı, Allahdan ən çox qorxanı, bilinəni əmr edib, qohuma ən çox baş çəkib yoxlayanıdır. (Ramuz-el Ehadis, s. 280)

İnsanların həyatının böyük hissəsi danışaraq keçir. Lakin bu danışmaqların çox böyük bir hissəsi ümumiyyətlə boş və gərəksizdir. Halbuki, zaman, insan üçün çox qiymətlidir. Hər insanın mütləq düşünməsi və heç ağılından çıxarmaması lazım olan çox əhəmiyyətli mövzular vardır. Bunları düşünüb, insanların bir-birlərinə bu mövzuları xatırlatmaq yerinə gərəksiz mövzularla vaxt itirmələri çox böyük bir yalnışlıqdır. Lakin hər şeydən vacib Allahın, insanlara boş danışmamaqlarını əmr etməsidir. Bu həhiqiqət Quran ayəsində belə bildirilmişdir:

O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz). (Furqan Surəsi, 72)

O kəslər ki, lağlağadan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər. (Muminun Surəsi, 3)

Göründüyü kimi , Allah müsəlmanları boş və lüzumsuz yerə danışmağı qadağan etmişdir. Bunu edə bilmənin tək məsləhətli yolu Allahı anmaq, Quran ayyələrini zikr etmək və xeyirli danışmaqdır. Bu səbəbdən öyrəndiklərinizi izah etmək çox xeyirli bir fəaliyyət olacaq. Allahı xatırlamağın çox əhəmiyyətli bir ibadət olduğu Quranın bir ayəsində belə xəbər verilir:

“…Allahı zikr etmək isə şübhəsiz, ən böyük ibadətdir. Allah etdiklərinizdən xəbərdardır.” (Ənkəbut surəsi, 45)

İslam əxlaqını izah edən, din əxlaqından uzaq olan cəmiyyətlərin yaşadıqları çətinlikləri nümunələndirmə işləri oxuyub ya da izləyib, izah edən adam, izah etdiyi gözəl əxlaq qaydalarına riayyət etmək istəyəcək və əsərlərdə izah edilən səhvlərdən ibrət olaraq verilən nümunələrdən dərhal çəkinəcək. Gözəl əxlaqı izah etmək, bu mövzudan bəhs etmək, insanın vicdanına təsir edər. Bu səbəbdən, oxuyan insan üçün də, izah edən və dinləyən insan üçün də, çox böyük xeyirlərə vəsilə olar. Adam, faydalı bir fikrə gələcək, ailənin əhəmiyyətinə varacaq, millətin və dövlətin bütünlüyünə əhəmiyyət verəcəkdir. Allah Quran ayəsində vicdanlı davranmaq mövzusunda belə buyurub:

Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki, özünüz kitab oxuyursunuz. Yenə də ağıllanmayacaqsınızmı? (Bəqərə surəsi, 44)

Quranda bir başqa ayyədə isə Rəbbimiz belə buyurub:

Evlərinizdə oxunan Allahın ayyələrini və hikməti (Peyğəmbərimizin qoyduğu qayda-qanunu) xatırlayın. Allah lütfkardır,(bəndələrinin bütün əməllərindən) xəbərdardır! (Əhzab surəsi, 34)

Share