Get Adobe Flash player


Sizə iki şey buraxıram. Bunlara tabe olduğunuz müddətdə əsla yolunuzdan azamayacaqsınız: Allahın Kitabı və Rəsulunun sünnəsini.”
Peyğəmbərimiz (səv)-ın hədisi şəriflərində də bildirdiyi kimi, Müsəlmanların ən əhəmiyyətli iki yol göstəricisi Quran və Peyğəmbər Əfəndimizin sünnəsidir. Quran əxlaqını və Peyğəmbərimiz (səv)-ın sünnəsini izah etmək bütün insanların üzərində bir məsuliyyətdir. 

Lakin bəzi kəslər pislərin reaksiyasını çəkməmək və onların pisliklərindən çəkinmək üçün, haqsızlıqlara qarşı biganə qala bilirlər. Xalq içində istifadə edilən “suya sabuna toxunmamaq“, “mənə toxunmayan ilan min yaşasın” kimi ifadələr bu kəslərin rəftarını çox açıq bir şəkildə təsvir edir. Halbuki, vicdanı olan insanların rəftarı, qətiliklə bu şəkildə ola bilməz. Belə bir rəftarı ancaq, dünyaya böyük bir ehtirasla bağlı olan, bu keçici və çox qısa ömüründə dünyəvi mənfəətlərin arxasınca gedən insanlar göstərə bilərlər. 

Yaxşılıq mövzusunda bitərəf qalanlar bilməlidirlər ki, onların hadisələrə qarşı susqun və maraqsız rəftarları pislərin azğınlıqlarını daha da artıracaq. Məsələn, bir yerdə yazıq və günahsız insanlar heç bir səbəb olmadan qətl edilsələr və yaxşılardan olduqlarını iddia edənlər, olan hadisələrə qarşı heç səs çıxarmaz, səssizcə bu zülmü seyr etsələr, onlar pislərə və zalımlara əslində dəstək çıxmış olurlar. Sırf pislərin zülmündən, şifahi və hərəkətli hücumlarından qorxduqları üçün reaksiyasız qalanlar, əlbəttə ki, axirətdə zülmə və haqsızlığa qarşı səbir və fikri mücadilə göstərənlərlə eyni ola bilməzlər.
Bu çox əhəmiyyətli bir gerçəkdir ki, heç kim kömək etməsə belə, Allahın yolunda olan səmimi və saleh insanlara Allah mütləq kömək edər və onlara etdikləri işlərdə müvəffəqiyyət verər. Bu, Allahın möminlərə vəd etdiyi bir müjdəsidir. Allah, Peyğəmbərimiz (səv) və digər elçilərinə kömək edəcəyini ayələrdə belə müjdələmişdir:

Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!”-dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət)ordu ilə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 40)

And olsun ki, Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə) peyğəmbərlər göndərmişdik, onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Biz də, günahkarlardan intiqam aldıq. Möminlərə kömək etmək Bizə vacibdir (Bizim üzərimizdə bir haqqdır)! (Rum surəsi, 47)

Bu vəziyyətdə, “mən vicdanlı və yaxşı bir insanam” deyən hər adamın, xüsusilə indiki vaxtda, bu cür fürsətləri əldən buraxmadan, yaxşıların ittifaqına güclərinin çatdığından da çox kömək etmələri onların axirətdəki vəziyyətləri baxımından son dərəcə əhəmiyyətlidir. 

Bir zülm qarşısında yaxşılardan yana olduğunu söyləyən hər insanın, əlindən gələn hər cür dəstəyi, gücünün sonuna qədər verməsi lazımdır. Bunun üçün etməsi lazım olan ilk şey də, hansı tərəfdə olduğunu açıq bir şəkildə ortaya qoymasıdır. Çünki, səssiz və tamaşaçı qalan, etiraz etmək üçün əlindəki imkanları istifadə etməyən bir insanın səmimiyyətindən, dürüstlüyündən şübhə edilər. Pislərin ittifaqına dəstək olmaq üçün mütləq onların yanında olmaq lazım deyil. Onların etdiklərinə biganə qalmaq da bir növ onlara dəstək olmaq mənasını verir. Allah Hud Surəsində insanları, “Zülm edənlərə meyl göstərməyin, yoxsa sizə atəş toxunar…” (Hud surəsi, 113) şəklində xəbərdar etmişdir. 

“Zülmə razılıq zülmdür; tərəfdar olsa zalım olar. Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). ” (Hud surəsi, 113) 

Bu halda bir insan əgər həqiqətən vicdan sahibidirsə yaxşılıqdan və dürüstlükdən yana rəftarını açıq və dəqiq bir dayanıqlılıqla ortaya qoymalıdır. İslama xidmət üçün, əlindən gələni ən çoxuyla səy göstərməli, hər cür imkanını Allahın dinini insanlara izah etmək üçün istifadə etməlidir. Əks halda, yəni bitərəf və laqeyd qaldığında, bir mənada pislərin tərəfinə keçmiş olar. Məsələn oğurluq edən bir insanı gördüyü halda polisə xəbər verməmək tərəfsizlik deyil, açıq olaraq oğruya köməkçi olmaq deməkdir. Və ya zülm edən bir insanı oturub seyr etmək, müdaxilə etməmək, “müdaxilə etsəm, mənə də zərər verər” deyib arxasını dönüb getmək, zülm edən insana dəstəkçi olmaq deməkdir. 

Ayrıca unudulmamalıdır ki, bu insanın tamaşaçı qaldığı oğru bir gün öz evini də soya bilər və ya zülm edən insan bir gün ona da zülm edə bilər. Əsl ərdəmli olan davranış, bir insanın pisləri gördüyü anda, özünə zərər vermir olsa belə, o adamın pisliyinə maneə törətmək üçün ağıllı bir səy icra etməsidir. Əks halda pislərlə istəyərək və ya istəməyərək də olsa əməkdaşlıq etmiş olar; ki, bu da, öz əleyhinədir. Allah hesab günü yaxşıların və pislərin tərəfində olanların vəziyyətini belə xəbər vermişdir:

(Rəbbinin hüzuruna) pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar. (Mələklər onlara belə deyərlər: ) “Bu, yalnız (dünyadakı pis) əməllərinizin cəzasıdır! (Sizə artıq heç bir şey edilmir!)” (Ya Rəsulum! De: ) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olumuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. (Orada qan tökmək, bir kəsə zülm etmək qadağan olunmuşdur. Başqa yerdə halal olan şeylər orada haram buyurulmuşdur). Hər şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim) olmaq əmr edilmişdir! (Nəml surəsi, 89-90)

Share