Get Adobe Flash player


Televiziya izləyərkən, qəzet oxuyarkən ya da, hər hansı bir yerdən keçərkən, görmək və ya eşitmək istəmədiyiniz bir çox şeylə qarşılaşarsınız. Kasıb insanlar, cinayətlər, qırğınlar, açıqca haqsızlığa uğrayan amma haqqlarını axtara bilməyən kəslər, döyüşlər, sataşmalar, küfrlər, incidici və alçaldıcı sözlər, çəkişmələr, müxtəlif mənfəət uğruna çıxardılan narahatlıqlar, zorbalıqlarla rastlaşırlar.

Əlbəttə, siz də, hər kəs kimi hüzur və təhlükəsizliklərlə dolu, heç kimin bir başqasına zərər və ya narahatlıq vermədiyi, insanların barış və dostluq içində yaşadıqları, bir-birlərindən daim gözəl, tərifləyici, hörmət və sevgi dolu sözlər eşitdiyi bir cəmiyyətdə yaşamaq istəyərsiniz. Digər insanlar kimi siz də, televiziya kanallarını dəyişdirdiyinizdə, qəzetin səhifələrini çevirdiyinizdə və ya işinizdə, evinizdə, ailənizlə birlikdəykən həmişə gözəl əxlaqa sahib, şən, səmimi, dürüst, hörmətli, sevgi dolu, xoşsöhbət insanlar görmək, həmişə müjdəverici və gözəl xəbərlər eşitmək istəyərsiniz. 

Lakin bu gözəl mühitin bir gün gəlib, özbaşına meydana çıxacağını düşünmək və heç bir şey etmədən bu günün gəlməsini gözləmək kafi deyil. Bu səbəblə də sülhün, hüzur və təhlükəsizliyin hakim olduğu bir cəmiyyətdə yaşamağı səmimi olaraq istəyənlər, bir an əvvəl hərəkətə keçməli və bəzi fədakarlıqlar etməlidirlər. 

Ətrafınıza diqqətlə baxıb hadisələri ağıl, vicdan və sağlam fikirlə qiymətləndirdiyiniz zaman, yuxarıda sıraladığımız bütün bu gözəlliklərin insanlar arasında hakim olması üçün çalışan, bütün vaxtını, imkanlarını və enerjisini buna sərf edən insanların var olduğunu görəcəksiniz. İnsanlar arasında yaxşılığın və gözəlliyin yayılması üçün ciddi bir səy göstərən bu insanların, zamanla yaxşılıq və gözəllik əleyhdarlarının haqsız müdaxilə və maneə törətmələri ilə qarşılaşması sizi qorxutmasın. Çünki, 

Allahın izni və təqdiri ilə yaxşılıq üçün çalışanlar mütləq pislik istəyənlərə üstün gələcəklər. Elə isə siz də bu “yaxşı insanlara” qatılın, siz də yaxşılarla, səmimilərlə, şəfqətlilərlə, səmimi və ədalətli insanlarla, dürüstlərlə, mərhəmətlilərlə, xoşüzlülərlə, vicdanlılarla, optimistlərlə, xeyriyyəçilərlə, təvazökarlarla, bağışlayıcılarla birləşin, onlara bütün gücünüzlə dəstək olun.
Ətrafınıza baxdığınızda yaxşılar kimi pislərin də kimlər olduqlarını və necə bir cəmiyyət modeli meydana gətirməyi məqsəd qoyduqlarını görürsünüz. İndiki zamanda “pislər” gözəl əxlaqı müdafiə edən insanları müxtəlif üsullarla susdurub həzm edən bir ittifaq qurmuşlar. Bu ittifaq ilk baxışda “güclü” görünə bilər. Məhz ətrafınızda görmək istəməyib, gördüyünüz bütün çirkinliklərin, zalımlıqların, degenerasiyanın, sevgisizliyin, nifrətin, mərhəmətsizliyin, pis sözlərin, haqsızlıqların, kasıblığın, dedi-qoduların, insanları üzən, sıxan, gərginliyə salan hər cür hadisənin səbəbi pislərin bu şiddətli ittifaqıdır. 

Bu ittifaqın fərqinə varan yaxşı və vicdanlı insanların ətraflarında inkişaf edən bu hadisələrə qarşı laqeyd qalmamaları lazımdır. Əgər ətrafınızdakı pisliklərdən bir az da olsun narahatlıq hiss edirsinizsə və dünya üzərindən bir an əvvəl yox olmalarını tələb edirsinizsə, bu sizin vicdanlı, həssas bir insan olduğunuzu göstərir. Bu səbəblə də vicdanı korlanıb, pisliklərdən narahat olmayan bir insan olmadan əvvəl mütləq, yaxşılardan olmanız, həyatınızın bundan sonrakı hissəsini onlarsız keçirməniz şərtdir. Unutmayın ki, zülmə razılaşmaq, dayanmaq bilməyən, pisliklərə qarşı səs çıxarmadan tamaşaçı olmaq, elə zülmün özü deməkdir. 

Vicdanlı və ağıl sahibi ola bir Müsəlman ətrafındakı insanları, içində yaşadığı cəmiyyəti, hətta bütün insanları zülmdən, qarışıqlıqdan, döyüşlərdən, təxribatçılıqdan, əxlaqsızlıqdan və vicdansızlıqdan qurtarmaq üçün fikri bir səy göstərər. Bu, çox açıq bir həqiqətdir ki, səmimiyyət, vicdan, dürüstlük, mərhəmət, şəfqət, sevgi, hörmət kimi mənəvi dəyərlər pislərin əxlaqsızlıqlarını əridəcək və ortadan qaldıracaq. Digər bir deyişlə yaxşıların bir yerə gəlmələri və birlikdə davranmaları ilə pislərin ittifaqı dağılacaq, pislikləri əriyib yox olacaq. Allah bir ayəsində bu gerçəyi belə müjdələmişdir:

Xeyr, Biz batili haqla (küfürü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Bu səbəblə pislərin ittifaqının insanlıq baxımından təhlükələrini gözlər önünə sərmənin yanında əsl əhəmiyyətli olan, yaxşıların, vicdanlı və səmimi insanların pislərə qarşı bir-birlərinə dəstək olmaları, zülmə uğrayan məzlumları qorumaları, haqsızlığa uğrayanları müdafiə etmələridir. Bu, Allahın məmnun olduğu və Quranda bir çox ayəsiylə möminlərə əmr etdiyi əhəmiyyətli bir ibadət və gözəl bir davranışdır:

Və haqqlarına təcavüz edildiyi zaman, birlik olub etiraz edənlərdir. (Şura surəsi, 39)

… Ona inananlar, dəstək olub müdafiə edənlər, kömək edənlər və onunla birlikdə endirilən nuru izləyənlər; məhz onlar nicat tapanlardır. (Əraf surəsi, 157)

Əraf Surəsindəki bu ayədə Allah, möminlərin elçilərinə dəstək olub, müdafiə etmələrini, ona kömək etmələrini bildirir. Möminlər eyni şəkildə bir-birlərini də dəstəkləyib müdafiə etməli və bir-birlərinə köməkdə etmılidirlər. 

Heç kim “Mənim dəstəyimdən nə olar?” deməməlidir, çünki əhəmiyyətli olan hər kəsin öz səmimi niyyəti və göstərdiyi xalisanə səydir. Allah hər insanın əlindən gələnin ən çoxunu etməsini, yaxşıların yanında iştirak etməsini bütün bu pisliklərin əriməsinə və meydana gətirdikləri ittifaqın darmadağın edilməsinə vəsilə edəcək. Allah bir ayəsində insanların arasında yer üzündəki təxribatçılığı aradan qaldıracaq fəzilət sahibi olan kəslərin tapılmasının lazım olduğunu buyurur:

Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular. (Hud surəsi, 116)

Bu sayt, yaxşılığın hakim olmasını istəyənlərə, yaxşılıq etmələri və digər yaxşılarla ittifaq etmələri üçün yazılmış bir çağırış xüsusiyyətindədir. Iakin, bu çağırış hər hansı birinə və ya bəzilərinə deyil, doğrudan sizə edilir.

Share